...

IGB-nin qazla doldurulması üzrə ilkin texniki işlər başa çatıb

Energetika Materials 23 İyun 2022 15:54 (UTC +04:00)
IGB-nin qazla doldurulması üzrə ilkin texniki işlər başa çatıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması üçün fəal hazırlıqlar dava edir.

ICGB AD layihə şirkətindən Trend-ə verilən məlumata görə, iyunun ortalarından boru xəttinin 182 kilometrlik marşrutunda təbii qazdan istifadə olunmaqla sınaqlar keçirilir.

Məlumata əsasən, hazırda IGB ilə nəql edilmiş qazın həcmi 3,7 milyon kubmetr təşkil edir.

"Sınaqların birinci mərhələsində qaz mərhələli şəkildə Stara Zaqora - Komotini istiqamətində ötürülür. Bütün bölmələr əvvəlcə azotla havalandırılır ki, xətdə rütubət və oksigen qalmasın. Bu, infrastrukturun sənaye istismarına hazırlığı üzrə məcburi texniki tələblərdən biridir.

Sınaqların bu mərhələsində boru xətti təsdiq olunmuş sınaq üsullarına uyğun olaraq tədricən yüksəldilən təzyiq altında işləyir. Obyektin işləyəcəyi təzyiq gün ərzində nəql olunacaq təbii qaz həcmindən asılı olacaq. IGB boru xətti maksimum 75 bar təzyiq şəraitində işləməyə hesablanıb", - deyə şirkətdən bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti