...

TAP konsorsiumu hidrogen nəqli üçün boruların sınaqlarını keçirir

Energetika Materials 8 İyul 2022 20:18 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru xətti (TAP) konsorsiumu infrastrukturun hidrogen tədarükünə uyğunluğunu yoxlamaq məqsədilə boru materiallarının beynəlxalq laboratoriyalarda sınaqlarını keçirir.

Trend-in məlumatına görə, bunu "Azernews"a müsahibəsində TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

"Hazırda biz TAP-ın təbii qaz və hidrogen qarışığının nəqlini texniki təmin etmək imkanlarını qiymətləndiririk. 2021-ci ildə hidrogen nəqlinə hazırlıq araşdırmalarının nəticəsində təsdiq olunub ki, TAP gələcəkdə hidrogen qarışıqları nəql edə bilər", - L.Skyeppati deyib.

O qeyd edib ki, TAP konsorsiumu gəm də qazabənzər hidrogenin mövcud və yeni dəniz boru xətləri ilə nəqli qaydalarının hazırlanması üzrə "H2Pipe" birgə layihəsinin iştirakçısıdır və bu, təkcə TAP-a deyil, digər transmilli interkonnektorlara da fayda verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti