Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tam istismara verilməsindən bu günədək 518 milyon ton neft nəql olunub.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.
"BTC sisteminin tam istismara verilməsindən 16 il ötür. Bu müddətdə BTC ilə 463 milyon tonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 mln.ton neft nəql olunub", - nazir yazıb.