...

"Şahdəniz" yatağı üzrə xərclərin həcmi açıqlanıb

Energetika Materials 4 Avqust 2022 19:11 (UTC +04:00)
"Şahdəniz" yatağı üzrə xərclərin həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təxminən 1,26 milyyard dollar əməliyyat xərcləri və təxminən 186 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1,14 milyard və 366 milyon dollar təşkil etmişdi. Beləliklə, il ərzində əməliyat xərcləri 10,5 faiz artıb, əsaslı xərclər isə 49 faiz azalıb.

İlin birinci yarısında Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)

Tərcümə: Orxan Nəbiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti