Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 98,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,65 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 103,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.