...

Enerji və qaz sahəsində olan razılaşmalar Azərbaycanın önəmini bir daha ortaya qoyur - Rumıniya dövlət müşaviri (Özəl)

Energetika Materials 26 Noyabr 2022 16:15 (UTC +04:00)
Enerji və qaz sahəsində olan razılaşmalar Azərbaycanın önəmini bir daha ortaya qoyur - Rumıniya dövlət müşaviri (Özəl)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan beynəlxalq arenada bir çox sahədə mühüm rol oynayır.

Bunu bu gün Ağdama səfər çərçivəsində Rumıniya baş nazirinin xarici əlaqələr, təhlükəsizlik və strateji məsələlər üzrə dövlət müşaviri Lulian Chifu Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, enerji və qaz sahəsində olan razılaşmalar Azərbaycanın önəmini bir daha ortaya qoyur.

Daha öncə də Qarabağda olduğunu vurğulayan I.Chifu infrasturtukun çox tez bir zamanda bərpa olunmasını qeyd edib.

“Daha öncə də Qarabağda, Şuşada və Ağdamda olmuşam. Hətta Ağdam Cümə Məscidinin şəklini çəkmişdim. İndi o rəsmə baxdıqda aradakı fərqi görmək mümkündür. O zamanla müqayisə etdikdə bərpa-quruculuq işlərində xeyli irəliləmə var. Burada işlər çox sürətlə görülür. Ümid edirik ki, Qarabağ tezliklə bərpa olunar və insanlar torpaqlarına geri dönər”,- deyə o bildirib.

Qeyd edək ki, Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Ağdama səfər edib.

Xatırladaq ki, ötən gün Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti