Bakı. Trend:
Yaponiya Azərbaycanın "yaşıl" iqtisadiyyatına töhfə verə bilmək üçün imkanları araşdırır.
Trend-in məlumatına görə, bunu bu gün Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.
"Yaponiya Azərbaycanla enerji sektorunda uzunmüddətli tərəfdaşlıq münasibətlərinə malikdir. Hazırda biz Azərbaycanda "yaşıl" iqtisadiyyat və dekarbonizasiya, eləcə də "yaşıl" hidrogen istehsalı üzrə layihələrin reallaşdırılması üçün imkanları öyrənirik", - səfir deyib.
O əlavə edib ki, bir müddət əvvəl Azərbaycan və Yaponiya hökumətləri arasında birgə kreditləşmə mexanizmi barədə saziş əldə olunub.