...

Enagas 2023-cü ildə TAP-dan gözlənilən dividendlərin həcmini açıqlayıb

Energetika Materials 21 Fevral 2023 16:34 (UTC +04:00)
Enagas 2023-cü ildə TAP-dan gözlənilən dividendlərin həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) İspaniyanın Enagas şirkətinə təqribən 70 milyon avro həcmində dividend gətirəcək.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Qeyd olunduğu kimi, 2023-cü il yanvarın 27-də Enagas AXPO şirkəti ilə onun TAP-dakı 4%-lik payını 168 milyon avroya satın almaq barəsində razılığa gəlib. Nəticədə Enagas-ın konsorsiumda payı 20 faizə çatıb.

2022-ci il dekabrın 31-də Enagasın xalis gəliri 375,8 milyon avro olmaqla 2022-ci il üçün müəyyən edilmiş hədəf göstəricini keçib. 31 dekabr 2020-ci il tarixinə şirkətin ümumi gəliri 970,3 milyon avro təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,1 faiz aşağıdır.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti