...

Azərbaycanda "yaşıl" enerji istehsalı potensialı təqribən 200 qiqavatdır - Cavid Abdullayev

Energetika Materials 17 Mart 2023 10:52 (UTC +04:00)
Azərbaycanda "yaşıl" enerji istehsalı potensialı təqribən 200 qiqavatdır - Cavid Abdullayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "yaşıl" enerji istehsalı potensialı təqribən 200 qiqavat təşkil edir.

Trend-in məlumatına görə, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarında deyib.

C.Abdullayev Azəbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq niyyətində olduğunu qeyd edib.

"Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış saziş Avropaya dörd qiqavatadək "yaşıl" enerji tədarükünü tənzimləməyə imkan verəcək", - o deyib.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb.

Layihə çərçivəsində Azərbaycandan dörd qiqavat həcmində "yaşıl" enerjinin nəqlinə imkan verəcək kabel çəkilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti