...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 21 Mart 2023 11:01 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 20-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 74,75 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,79 dollar ucuzlaşaraq 72,58 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,51 dollar ucuzlaşaraq 38,27 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 20-də 0,57 dollar ucuzlaşaraq 71,71 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti