...

AÇG üzrə istehsalat planı 99 faiz yerinə yetirilib

Energetika Materials 20 İyun 2023 11:01 (UTC +04:00)
AÇG üzrə istehsalat planı 99 faiz yerinə yetirilib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" bloku üzrə istehsalat planı 99% yerinə yetirilib.

Trend bu barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir.

Palatanın məlumatlarına əsasən, ötən il blokda neft hasilatı proqnozlaşdırılan 153,08 milyon barellə müqayisədə 151,62 milyon barel olub.

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) AÇG blokundan hasil olunan neft və qazın satışından əldə etdiyi gəlir isə 2022-ci ildə təqribən 9,889 milyard dollar olub

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

Qeyd edək ki, ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti