...

bp 2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb

Energetika Materials 3 Avqust 2023 14:27 (UTC +04:00)
bp 2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi ötən ilin analoji dövründəki gündəlik 424 min barellə müqayisədə gündə orta hesabla 375 min barel olub.

Trend bp-yə istinadən xəbər verir ki, AÇG-də hasilat illik hesablamada 11,6% azalıb.

"2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub", - bp şirkətinin məlumatında deyilir.

İkinci rübün sonunda 137 neft quyusu istismar olunub, bunlardan 44-ü su buraxma 7-si isə qaz vurma üçün istifadə olunub.

2023-cü ilin birinci yarısında AÇG 3 neft hasilatı və 4 injektor quyusunun tikintisini başa çatdırıb.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti