...

"Şahdəniz"də əsaslı xərclər iki dəfədən çox artıb

Energetika Materials 3 Avqust 2023 14:52 (UTC +04:00)
"Şahdəniz"də əsaslı xərclər iki dəfədən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında bp və tərəfdaşlarının "Şahdəniz" yatağının işlənməsinə çəkdiyi əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1,208 milyard dollar və 408 milyon dollar olub.

Trend bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.

Bu xərclərin böyük əksəriyyəti yatağın işlənməsinin ikinci fazasın təşkil edən "Şahdəniz 2" layihəsinə aid olub.

2022-ci ilin birinci yarısında "Şahdəniz"də əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1,260 milyard dollara yaxın və təqribən 186 milyon dollar təşkil edib.

Beləliklə, illik hesablamada əməliyyat xərcləri 4,1 faiz azalıb, kapitalqoyma isə 2,2 dəfə artıb.

Bütünlükdə ilin ilk yarısında "Şahdəniz" yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.

"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti