Bakı. Trend:
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası olan "Şahdəniz-2" layihəsi çərçivəsində 21 quyu qazılıb.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, cənub-şərq cinahında dörd quyu, cənub-qərb cinahında beş quyu və şimal-şərq cinahında üç quyu daxildir.
"Şahdəniz-2" layihəsi çərçivəsində quyuların tamamlama işləri "İstiqlal" qazma qurğusu vasitəsilə davam edir. 2023-cü ilin birinci yarısında "Şahdəniz Alfa" platformasının qazma qurğusunda profilaktik işlər aparılıb.
Qeyd edək ki, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) kubmetrdir
2023-cü ilin birinci yarısında bp və tərəfdaşlarının "Şahdəniz" yatağının işlənməsinə çəkdiyi əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1 milyard 208 milyon dollar və 408 milyon dollar olub. Bu xərclərin böyük əksəriyyəti yatağın işlənməsinin ikinci fazasını təşkil edən "Şahdəniz-2" layihəsinə aid olub.
"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn