...

"Şahdəniz-2" layihəsinin yeni cinahından hasilatın başlanması üzrə işlərdə irəliləyiş var - bp

Energetika Materials 3 Avqust 2023 19:08 (UTC +04:00)
"Şahdəniz-2" layihəsinin yeni cinahından hasilatın başlanması üzrə işlərdə irəliləyiş var - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ikinci rübündə "Şahdəniz-2" layihəsi çərçivəsində aparılan işlər şimal-şərq cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Qeyd olunub ki, bu cinahdan hasilat 2023-cü ilin dördüncü rübündə başlayacaq.

Quraşdırma və sınaq işləri həm sualtı, həm də "Şahdəniz Bravo" platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şimal-şərq cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb.

Qeyd edək ki, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) kubmetrdir.

2023-cü ilin birinci yarısında bp və tərəfdaşlarının "Şahdəniz" yatağının işlənməsinə çəkdiyi əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1 milyard 208 milyon dollar və 408 milyon dollar olub. Bu xərclərin böyük əksəriyyəti yatağın işlənməsinin ikinci fazasını təşkil edən "Şahdəniz-2" layihəsinə aid olub.

"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti