...

Ötən ay Mərkəzi Bankın hərraclarında Neft Fondunun satdığı valyutanın həcmi açıqlanıb

Energetika Materials 3 Aprel 2024 12:05 (UTC +04:00)
Ötən ay Mərkəzi Bankın hərraclarında Neft Fondunun satdığı valyutanın həcmi açıqlanıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaydan Dövlət Neft Fondu (SOFAZ) mart ayında Mərkəzi Bankın valyuta hərraclarında 498,3 ABŞ dollarının satışını həyata keçirib.

Trend bu barədə SOFAZ-a istinadən xəbərn verir.

Fevral ayında satışların həcmi 920,5 milyon ABŞ dolları, yanvar ayında isə 411 milyon ABŞ dolları olub.

Bu növ əməliyyatlar SOFAZ-ın Azərbaycanın dövlət büdcəsi qarşısında öhdəliklərinin icrası çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, SOFAZ 1999-cu ildə yaradılıb və həmin dövrdə onun aktivləri 271 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu haqqında əsasnaməyə əsasən, onun vəsaiti strateji əhəmiyyətli infrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasına, habelə mühüm ümummilli problemlərin həllinə yönəldilə bilər.

SOFAZ-ın əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirləri minimuma endirmək üçün vəsaitlərin toplanması və fond vəsaitlərinin xaricdə yerləşdirilməsi, gələcək nəsillər üçün vəsaitlərin toplanması və ölkədə cari sosial-iqtisadi proseslərin saxlanılması.

Aprelin 3-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti