Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238 milyard ABŞ dollarından çox olub.
Trend-in Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununla yanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.
Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısı sırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7 milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyon ABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞ dollarından çox) gəlir.
Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və neft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları) |
|
İtaliya |
1 847 915,54 |
861 652 230 |
|
Rumıniya |
197 053,85 |
93 673 990 |
|
Portuqaliya |
1 122 055,58 |
44 337 000 |
|
Almaniya |
91 294 060 |
43 249 210 |
|
Xorvatiya |
86 166 170 |
40 819 950 |
|
Çexiya |
82 403,50 |
38 454 490 |
|
Bolqarıstan |
78 494,85 |
37 415 050 |
|
Tunis |
61 269,98 |
29 498 760 |
|
Türkiyə |
41 761,71 |
19 543 440 |
|
İndoneziya |
38 554,41 |
17 866 200 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.
