...

BARMEK AZERBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ TÜRKİYƏNİN BAŞ NAZİRİNİ ŞİRKƏTİN İŞİ İLƏ TANIŞ ETMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 29 İyun 2005 17:20 (UTC +04:00)
BARMEK AZERBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ TÜRKİYƏNİN BAŞ NAZİRİNİ ŞİRKƏTİN İŞİ İLƏ TANIŞ ETMƏK NİYYƏTİNDƏDİR

Barmek Azerbaycan şirkətinin prezidenti (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) Hüseyn Arabul iyunun 29-30-da Bakıya səfəri çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı şirkətin ölkədəki fəaliyyəti ilə tanış etmək niyyətindədir.İyunun 29-da bu barədə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul bildirib.

"İyunun 30-da baş nazirin TUSIAB nümayəndələri ilə bizim də iştirak edəcəyimiz görüşü planlaşdırılıb.Biz baş naziri Azərbaycandakı problemlərimiz barədə məlumatlandırmaq niyyətində deyilik. Biz ona fəaliyyətimiz haqqında qısa məlumat verəcəyik " -deyə o qeyd edib.

H.Arabul həmçinin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təkcə Azərbaycan üçün deyil, həm də ölkədə çalışan türk sahibkarları üçün böyük əhəmiyyət kəsb edir. "Bu, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradacaq.Biz istərdik ki, belə səfərlər tez-tez həyata keçirilsin " - deyə Barmek Azerbaycan şirkətinin prezidenti fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti