Bu ilin avqustuna kimi ("Azəri"-"Çıraq"-"Günəşli" müqavilə sahəsində daxil olan "Azəri" yatağında işlənən) Faza-1 və i Faza-2 layihələri üzrə investisiyalar 5 milyrd. 649 milyn. dollar təşkil edib. Trend in məlumatına görə, bu barədə senytyabrın 9-da ACG layihəsinin rəhbəri Bryus Luberski brifinqdə bəyan edib.
Onun sözlərinə görə, 2005-ci ilin avqustuna olan məlumatlara görə "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsini nəzərdə tutan Faza-3 layihəsinə 636 milyn. dollar vəsait xərclənib.
Brifinqdə qeyd edilib ki, Qərbi Azəri platformasının tikintisi üzrə ümumi irəliləyiş bu gün 95% (plana görə 94%), "Şərqi Azəri" - 78% (plan üzrə 70%), Faza-3 platformasında 22% (plan üzrə 21%), kompressor və qazsıxıcı platformada 98% (plan üzrə - 98%) təşkil edir. Sonuncu platforma sutka ərzində laya 1 milyard kubmetr qaz və 1 milyon barel neft vurmağa imkan verir.
"Azəri" layihəsinin nümayəndələri həmçinin qeyd ediblər ki, Faza-3 çərçivəsində laya su ıurmaq üçün yeni sualtı quyu qazılacaq. Faza-3 layihəsi üzrə bütün işləri 2007-ci ildə baş çatdırmaq nəzərdə tutulub.