...

SUMQAYITDA BUXAR QAZ QURĞUSUNUN İNŞASI ÜÇÜN AYRILMIŞ TİKİNTİ ƏRAZİSİNİN SIEMENS ŞİRKƏTİNİN NƏZARƏTİNƏ VERİLMƏSİ MƏRASİMİ KEÇİRİLƏCƏK

Energetika Materials 20 Sentyabr 2005 12:29 (UTC +04:00)

Bu həftə Sumqayıtda 506 MVt gücündə buxar qaz qurğusu üçün ayrılmış tikinti ərazisinin layihənin baş podratçısı olan Almaniyanın Siemens şirkətinin nəzarətinə verilməsinin rəsmi mərasimi keçiriləcək. Azərenerji SC-nin mətbuat xidmətindən Trend ə xəbər verildiyi kimi, elektrik stansiyasının direktoru Vüqar Şahmuradovun sözlərinə görə, bu prosedurla tikinti işlərinin həcmi və qrafikinin, onun sınaqdan keçirilərək istismara veriləcəyinin əks olunduğu əsas müqavilə qüvvəyə minir.

Tədbirdə Azərenerji SC və Siemens şirkətinin rəhbərliyi iştirak edəcək. Həmçinin, bu məqsədlə Almaniya konsernin mənzil qərargahının eksperti, layihə meneceri Georq Vin də Sumqayıtdadır və o, bütün sənədləri imzalayacaq. Artıq tikinti sahəsində yeni BQQ-nin inzibati korpusunun təməli qoyulub və birinci mərtəbə qaldırılıb.

Xəbər lenti

Xəbər lenti