...

İLİN SONUNADƏK ARDNŞ "ŞİMALİ NAFTALAN"DA YENİ KƏŞFİYYAT QUYUSUNDAN NƏTİCƏLƏR ALMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 10 Oktyabr 2005 18:26 (UTC +04:00)

ARDNŞ ilin sonunadək "Şimali Naftalan" strukturunda yeni N2 kəşfiyyat quyusundan nəticələr almaq niyyətindədir.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

"Bu quyu hələlik gözlənilən nəticələr vermir.Amma biz burada işi davam etdirmək niyyətindəyik və ilin sonunadək strukturun gələcəkdə işlənib-hazırlanmasına aydınlıq gətiriləcək" -deyə ARDNŞ-də bildirilib.

"Şimali Naftalan"da ilk kəşfiyyat quyuları 1950-ci illərdə həyata keçirilib.ARDNŞ ötən il burada işləri bərpa edib və adıçəkilən quyuların qazmasına başlayıb.Quyuların layihə dərinliyi 3200 metr təşkil edir. Həmin quyuların qazılması ötən ilin sentyabrında başa çatdırılıb.Amma çətinliklərlə bağlı olaraq daha 20 metr qazılması qərara alınıb.

Həyata keçirilən işlər ehtimal etməyə imkan verir ki, burada karbohidrogen ehtiyatları mövcuddur. "Yeni quyu həmin strukturda karbohidrogen yataqları və onun perspektivləri barədə geoloqlara daha ətraflı məlumat verəcək" -deyə ARDNŞ-də bildirilib.

Xəbər lenti

Xəbər lenti