...

AEC bu il 10 min barel Azərbaycan nefti verəcək

Energetika Materials 23 Noyabr 2005 13:49 (UTC +04:00)

2005-ci ilin III rübü ərzində Arawak Energy Corporation (AEC) Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycanın quru "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində hasil edilən 5,4 min bar. neft gerçəkləşdirib. Trend bildirir ki, bu barədə Arawak Energy-nin yaydığı məlumatda deyilir.

"Cənub-qərbi Qobustan" yatağının ARDNŞ ilə bağlanmış PSA üzrə işlənib-hazırlanması ilə Gobustan Operating Company məşğul olur. Gobustan Operating Company-də 80% iştirak payı Commonwealth Gobustan Limited şirkətinə, 20% ARDNŞə məxsusdur. Commonwealth Gobustan Limited-də 37,17% Arawak Energy-yə, 62,83% - isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Məlumatda qeyd olunur ki, 2005-ci ilin II rübündə Arawak Energy "şimal" marşrutu ilə əlavə olaraq 5,25 min bar. neft gerçəkləşdirməyi planlaşdırır.

Sənəddə deyilir ki, Gobustan Operating Company "Cənub-qərbi Qobustan"ın tərkibinə daxil olan "Duvannı" yatağında 108 saylı yeni qaz quyusunun qazmasını başa çatdırıb. Bu quyunun noyabrın sonunadək testləşdiriləcəyi nəzərdə tutulur. Dekabrın sonunadək müqavilə sahəsinə daxil olan "Kənizdağ" yatağında 101 saylı quyunun testləşdirilməsinin nəticələri də gözlənilir.

Xəbər lenti

Xəbər lenti