...

Batumi neft terminalı neft məhsullarının daşınmasını artırıb

Energetika Materials 6 Dekabr 2005 16:29 (UTC +04:00)

Cari ilin yanvar-noyabr aylarında Qara dənizdə yerləşən Batumi neft terminalı vasitəsilə 8,76 mln ton neft məhsulları daşınıb ki, bu da 2004-cü ilin analoji dövründə olduğundaq 2,618 mln ton çoxdur. Bu barədə Trend ə neft daşınmaları bazarındakı mənbədən məlum olub.

Mənbənin sözlərinə görə, noyabrda Batumidən 1,03 mln ton yük daşınıb ki, bu da 2005-ci ilin oktyabrındakından 159 min ton çoxdur.

Batumi neft terminalı ildə 15 mln ton neft məhsulları daşımağa qadirdir. Terminal 4 körpüdən Aframax sinftndən yan buy gəmiləri də daxil olmaqla, 30-90 min ton dedvetyli tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının gücü təqribən 30 min tondur və bu da dəhliz vasitəsilə proqnozlaşdırılan və cari daşınmalar üçün kifayət etdiyindən də çoxdur.

Xəbər lenti

Xəbər lenti