Astarada modul stansiyasının tikintisi 90% başa çatıb. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 13-də Modul elektrik stansiyasının direktoru İsmayıl Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, işlər cədvəl üzrə yerinə yetirilir və ilin sonuna kimi istismara veriləcək. Tikintisinə sentyabrda başlanılmış stansiyanın gücü 87MVt-dir. Hazırda stansiyanı yanacaqala təmin etmək məqsədilə zəruri olan qaz-kompressor xəti də çəkilir.
"Belə modul stansiyanın olması bu regionda enerji sistemlərinin etibarlılığını artırmağa imkan verəcək", - deyə İ.Mehdiyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın Azenco şirkəti İrandan müxtəlif layihələr üçün vacib olan 22 ədəd inşaat texnikası alıb.