...

"Xəzərdənizneftdonanması" gəmilərin təmiri üçün avadanlıqlar alır

Energetika Materials 14 Dekabr 2005 13:57 (UTC +04:00)

"Xəzərdənizneftdonanması" İdarəsi "Atlet-8" və "Şirvan" gəmilərinin planlaşdırılan təmiri üçün avadanlıqların alınması üzrə tender elan edib. Bu barədə Trend ə İdarədən məlumat verilib.

Maraqlı şirkətlər idarənin marketinq qrupuna müraciət edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar $200 üstəgəl 18% ƏDV (cəmi $236) ödəməlidirlər.

Tenderin tələblərinə görə, müsabiqənin qalibi müqavilənin imzalandığı andan 3 aydan gec olmamaq şərti ilə avadanlığı çatdırmalıdır. Avadanlığını haqqının ödənməsi bir il ərzində hissə-hissə həyata keçiriləcək.

Potensial iştirakçılar öz sənədlərini "Xəzərdənizneftdonanması" idarəsinə 2006-cı il yanvarın 30-dan, tender təkliflərini fevralın 7-dən gec olmayaraq təqdim etməlidirlər.

Təkliflər zərfi "Xəzərdənizneftdonanması" idarəsində fevralın 8-də açılacaq

Xəbər lenti

Xəbər lenti