...

Azərbaycan Dövlət Neft Şirkəti bu il 132 min metrə yaxın qazma işləri aparacaq

Energetika Materials 6 Fevral 2006 15:50 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti neft və qaz hasilatı üzrə "Aneft" İstehsalat Birliyi (İB) ilə bu il üçün qazma proqramını təsdiqləyib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Proqrama görə, 132 min metrə yaxın qazıntı işlərinin aparılacağı ehtimal edilir. İşlərin bu həcmi 2005-zci ilin qazma işləriinin həcminə uyğun gəlir. Lakin istismar quyularının qazılmasının davam etdirilməsinə baxmayaraq, neft hasilatında artım nəzərə çarpmır. Hazırda ARDNŞ-in səyləri mövcud hasilatın həcminin saxlanılmasına yönəlib.

Qazma işlərinin ümumi həcmindən 1 500 metrə yaxını kəşfiyyat quyularının payına düşür. Bu göstərici də ötən ilin göstəricilərinə bərabərdir. ARDNŞ-də böyük həcmdə kəşfiyyat quyularının qazılması artıq bir neçə ildir ki, həyata keçirilmir.

Xəbər lenti

Xəbər lenti