...

Barmek-in şikayətlərinə baxılması üzrə komissiya 521 abunəçsi ilə protokol imzalayıb

Energetika Materials 8 Fevral 2006 16:47 (UTC +04:00)

Bakı üzrə "Barmek" enerjipaylayıcı şəbəkə üzrə abunəçilərin şikayətlərinə baxılması üzrə komissiya bu ilin yanvarında 1777 abunəçinin (1683 əhali, 94 istehlakçıların digər kateqoriyalarından) şikayətinə baxıb. 521 abunəçi ilə razılaşma protokolu (515 - əhali, 6- digər abunəçi) imzalayıb. Bu tədbirlər nəticəsində abunəçilər tərəfindən istifadə olunan enerjiyə görə şirkətin hesabına 27920,36 manat (26281,01 manat - əhali, 1639,35 manat digər istifadəçilər) vəsait köçürülüb.

Xaçmaz Regional İdarəsi yanında analoji komissiya tərəfindən bu ilin yanvarında abunəçilərin 322 şikayətinə (319 -əhali və 3 - digər istifadəçilər) baxılıb. 49 abunəçi ilə razılaşma protokolu (48 əhali, 1 - istehlakçıların digər kateqoriyalarından)imzalanıb. Bu tədbirlər nəticəsində abunəçilər tərəfindən şirkətin hesabına 357 denominasiya olunmuş manat (326 - əhali və 32 manat -digər abunəçilər) köçürülüb.

Bu ilin yanvarında enerji satışı üzrə Sumqayıt Regional İdarəsi yanında şikayətlərə baxılması üzrə komissiya tərəfindən 1147 abunəçinin müraciətinə (1134 əhali və 13 - abunəçilərin digər kateqoriyasından) baxılıb.Bu müraciətlər üzrə 783 protokol (əhali 781, digərləri 2) tərtib edilib. Bu əməliyyatlar zamanı abunəçilər tərəfindən istifadə olunan elektrik enerjisinə görə şirkətin hesabına 69293500 manat (69203500 manat - əhali, 90000 manat digər istifadəçilər) köçürülüb.

Xəbər lenti

Xəbər lenti