...

Azərbaycanın qaz sektorunun bərpası üçün $1 mlrd. tələb olunur

Energetika Materials 13 Fevral 2006 18:05 (UTC +04:00)

Azərbaycanın bütün qaz kompleksinin bərpası üçün $1 mlrd. tələb olunur. Bu barədə Trend ə hökumətdə bildirilib. Bu gün qaz ambarlarının, qaz kəməri magistralının, qazpaylaşdırıcı şəbəkənin, o cümlədən Qaradağ qaz emalı zavodunun yenidənqurmaya ehtiyacı vardır. Həmçinin nəql sisteminə mənfi təsir edən, korroziyanın əmələ gəlməsinə gətirib çıxaran, son nəticədə isə keyfiyyətə təsir edən aşağı təzyiqli səmt qazının yığımı kimi problemin həlli vacibdir. Bu problemin həlli Kiot sazişi çərçivəsində böyük investisiyaların cəlb edilməsinə imkan verəcək.

Bundan başqa, tam yığımın təmin edilməsi nəticəsində daxili tələbat üçün bu gün hasil edilən qazdan iki dəfə çox qazın alınması mümkün olacaq. Yığılan qaz qaz emalı zavoduna verilə bilər, bir hissəsi isə Səngəçalda qaz kəmərinə vurula bilər.

Dünya bazarlarında hazırkı vəziyyəti nəzərə alınmaqla həmin məsələnin həlli birinci dərəcəli vəzifələrdəndir. Qazın yığılması ilə bağlı problemin həlli Rusiyadan bu gün 1 min m3 $110 dəyərində, gələcəkdə isə məlum deyil hansı qiymətə "mavi" yanacaq idxalı zərurətinə gətirib çıxarmazdı. İran da ümidverici tərəfdaş hesab edilmir.

Hazırda qaz itkisinə görə qaz emalı zavodunda cəmi 30% qaz emal olunur. Həmin zavod dəfələrlə özəlləşdirməyə qoyulub, amma uğursuz nəticə alınıb. Hökumətdə ilk olaraq zavodun, o cümlədən paylaşdırıcı şəbəkənin daha sərfəli şərtlərlə satılması üçün yenidən qurulması, sonra isə şəxsi əllərə verilməsi daha səmərəli variant hesab olunur.

Bütövlükdə, ölkənin qaz sektorunun bərpası üçün sənaye və energetika Nazirliyi tərəfindən həyata keçirilməli olan konsepsiyanın hazırlanması tələb olunur. Dünya bankı Azərbaycana bu sektorun yenidən qurulmasında kömək təklif edir. Amma bank, üstəlik Beynəlxalq yenidənqurma və inkişaf bankından $50-100 mln. ayıra bilər. Bununla əlaqədar olaraq daxili ehtiyatlardan istifadə də səmərəli hesab olunur.

Xəbər lenti

Xəbər lenti