...

AR DNŞ Batumidən neft partiyasının satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 10 Mart 2006 11:44 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) Gürcüstanın Batumi limanından bir partiya mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tender "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən, 80 min ton (600 min barel) Azəri Light növlu neftin satışı üzrə elan edib. Tenderin qalibi Almaniyanın Select Energy Trading şirkətidir. Neftin 31 mart-1 aprel tarixində Batumidən yüklənəcəyi gözlənilir.

Batumi neft terminalı ildə 15 mln tonadək neft yükü daşımaq gücünə malikdir. Terminal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının tutumu təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnoz həcmlərinin daşınması üçün böyük göstəricidir.

Xəbər lenti

Xəbər lenti