Apreldə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Rumıniyaya səfəri planlaşdırılır. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke eksklüziv olaraq Trend ə bildirib ki, N.Əliyev QİƏT (Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı) ölkələrinin energetika nazirlərinin keçirəcəyi iclasın işində iştirak etmək üçün dəvətnamə alıb.
İclasın aprelin 3-5-də Buxarestdə keçirilməsi planlaşdırılıb.
İclasda iştirak Azərbaycan nazirinin Rumıniyanın rəsmi şəxsləri, xüsusilə də həmin ölkənin sənaye və ticarət naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməsi üçün yaxşı imkan olacaq.