...

ARDNŞ prezidenti Aİ nümayəndələri ilə neft-qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Energetika Materials 8 Aprel 2006 13:30 (UTC +04:00)

ARDNŞ prezidenti Rövnəq Abdullayev Avropa İttifaqının Xarici əlaqələr üzrə baş direktor müavini Fokion Fotiadisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbər verdiyi kimi, bı barədə şirkətin məlımatında deyilir.

Aİ-nin Azərbaycanla münasibətlərin yaxınlaşmasında maraqlı olduğını bildirən qonaqlar ARDNŞ-in xüsusilə neft-qaz sektorunda Avropa bazarlarına inteqrasiya etməsinin zəruriliyini vurğulayıb.

Rövnəq Abdullayev yüksək keyfiyyətli Azərbaycan neftinin Avropa bazarlarına çıxarılması ilə bağlı şirkətdə aparılan işlər barədə qonaqlara ətraflı məlumat verərək qeyd edib ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərinin tikinti işləri başa çatmaq üzrədir və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilən bu kəmər Avropa ölkələrinə nəql edilən neftin həcminin artmasında mühüm rol oynayacaq.

R.Abdullayev Aİ-ni ARDNŞ-in neft məhsıllarının keyfiyyətini yüksək Avropa standartlarına uyğınlaşdırmaq üçün Azərbaycandakı neft emalı müəssisələrinin texnoloji cəhətdən təkmilləşdirilməsi məsələsində əməkdaşlığa çağırıb. Görüşdə Odessa-Brodı neft kəmərinin perspektivləri, həmçinin, Avropa ölkələrində təbii qaz probleminin həlli ilə bağlı Azərbaycanla əməkdaşlıq məsələlərinə də toxunulıb.

Xəbər lenti

Xəbər lenti