...

ARDNŞ Gürcüstana həftədə 6 min ton avtomobil benzini göndərməyə hazırdır

Energetika Materials 13 Aprel 2006 13:54 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend agentliyinə verilən məlumata görə, Gürcüstanın "Saknaftobtransi" dövlət şirkəti ilə bağlanmış müqaviləyə əsasən, aprelin əvvəlindən ARDNŞ Gürcüstana 2,5 min ton avtomobil benzini ixrac edib. Avtomobil benzini Heydər Əliyev adına neft emalı zavodunda istehsal olunur.

Hazırda ARDNŞ Gürcüstana həftədə 6 min ton avtomobil benzini ixrac etməyə hazırdır, lakin "Saknaftobtransi" tərəfindən hələ belə bir müraciət daxil olmayıb. Bu, qismən Gürcüstanda benzin qıtlığının olması ilə bağlıdır. Belə ki, Bakı neft emalı zavodunda katalitik krekinqin təmiri zamanı Gürcüstan bu neft məhsulunu Batumi limanı vasitəsilə Türkmənistandan idxal edirdi.

ARDNŞ nümayəndəsinin bildirdiyinə görə, ayın əvvəlindən 8,5 min ton benzin İrana göndəriləcək. Dekabrda ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil benzininin tədarükü haqqında müqavilə imzalayıb. Məhsul Petrofarm şirkətinə FOB əsasında Azərneftyağın balansında olan körpü N20-yə göndəriləcək. Petrofarm benzini Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə İranın Neka limanına çatdırır.

Yanvar-mart aylarında Heydər Əliyev adına neft emalı zavodundan 26,8 min ton benzin ixrac olunub. Martda ARDNŞ-ın öz ehtiyatlarından 14 min ton benzin ixrac olunub ki, bu da fevral ayı ilə müqaisədə 9,73 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti