...

Qazaxıstan neftinin BTC vasitəsilə nəqli haqqında sazişlə əlaqədar əlavə danışıqlar aparılacaq

Energetika Materials 28 Aprel 2006 15:48 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəmərilə neftin nəqli haqqında hökumətlərarası sazişi may-iyun aylarında imzalanacaq. Həmin saziş ilə bağlı Bakıda aparılan danışıqlar zamanı bəzi məsələlər həllini tapmayıb. Bu barədə Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-nin Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, danışıqların ekspertlər səviyyəsində növbəti mərhələsi mayın 1-də keçiriləcək.

Qazaxıstan neftinin nəqli haqqında saziş Xəzərin Qazaxıstan sektorunda işləyən BTC layihəsi iştirakçılarına xüsusilə lazımdır. Həmin layihə çərçivəsində Aktau-Bakı marşrutu ilə 2010-cu ilədək gündə 500 min barel neftin nəql olunacağı gözlənilir. Qazaxıstan ərazisində boru kəməri və terminal tikmək, eləcə də neft donanması təşkil etmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti