Azerbaycan nefti ilə dolu olan ilk tanker artıq bazar günü - 4 iyunda Ceyhan limanından yola düşəcək. Trend in "HaberTurk" telekanalına əsasən verdiyi xəbərə görə, bu barədə "BOTAŞ BTC" şirkətinin layihə direktorunun müavini Gökmen Çeloğlu xəbər verib.
Neftin The British Hawtharne şirkətindən yüklənməsi 2 iyundan başlayıb. Tanker Böyük Britaniyanın Catoni gəmiçilik agentliyinin mülkiyyətindədir.
Bildirilib ki, neftin yüklənmə prosesi xüsusi olaraq quraşdırılmış boru kəmərləri vasitəsilə qapalı rejimdə həyata keçirilib, nəticədə 85 min tonnajlı "British Hawthorn" -un özü isə İtaliyanın "Savona" limanına yola düşəcək.
Həmçinin qeyd olunub ki, Heydər Əliyev adına terminaldakı 7 çənə 150 min ton neftin yüklənməsi planlaşdırılıb.
Neft Bakı-Tbilisi -Ceyhan (BTC) boru kəməri ilə daxil olur. Artıq ilk nefti Amerikanın ExxonMobil şirkəti alıb.
Xatırladaq ki, Azərbaycan nefti 28 mayda BTC boru kəməri ilə Ceyhandakı Heydər Əliyev adına terminala çatıb.