...

BTC Co ilk Azərbaycan neftinin gəmi ilə Ceyhan limanından yola salındığı barədə məlumat verib

Energetika Materials 5 İyun 2006 11:26 (UTC +04:00)

BTC Co-dan bildirilib ki, iyunun 4-də Azərbaycan nefti ilə doldurulmuş tanker Türkiyənin Ceyhan limanından yola salınıb. Trend in BTC Co-nun operatoru olan BP şirkətinin məlumatına istinadən xəbər verdiyi kimi, tanker 600 min barel neftə yüklənib.

Azərbaycan nefti BTC ilə Ceyhan limanına mayın 28-də Bakı vaxtı ilə saat 23:00-da çatıb.

"İlk Azəri-Çıraq-Günəşli neftinin Ceyhandan ixrac olunması hər üç ölkədən olan minlərlə insanın illərlə çəkdiyi zəhmətin sonucudur. Bakı-Tiflis-Ceyhan hər cəhətdən həqiqətən də dünya səviyyəli bir layihədir", - deyə BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord bildirib.

İlk nefti Amerikanın ExxonMobil şirkəti alıb.

Sənəddə o da qeyd olunur ki, boru kəmərinin Türkiyə hissəsinin rəsmi açılış mərasiminin iyulda keçirilməsi planlaşdırılır. Bu terminal eyni vaxtda 300.000 dedveyt tonluq iki tankeri neftlə doldurmaq imkanına malik iki kilometr uzunluğunda yanalma körpüsündən ibarətdir.

Xəbər lenti

Xəbər lenti