...

İran BTC boru kəmərinə qoşula bilər

Energetika Materials 7 İyun 2006 13:13 (UTC +04:00)

İran Xəzərin cənub hissəsində prespektivli strukturları öyrənir və neft yataqlarının açıldığı təqdirdə Bakı-Tiflis-Ceyhan boru kəməri neft ixracı variantlarından biri ola bilər. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 7-də Bakıda jurnalistlərə İranın Energetika Nazirliyinin MDB və Xəzər üzrə idarəsinin başçısı Mahmud Xaqani məlumat verib.

Onun sözlərinə görə, bu, neft ixracının müxtəlif sistemlərinin səmərəli istifadəsindən asılı olacaq. "İran xammal ixracının müxtəlif sistemlərini öyrənir və yalnız bundan sonra bu və ya digər marşrutla nəql haqqında qərar qəbul oluna bilər", - deyə o qeyd edib.

Mahmud Xaqani neftin nəqli üçün İranın öz ərazisindən istifadə edə biləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti