...

Salyan Oil rəhbər komitənin iclasını keçirib

Energetika Materials 28 İyun 2006 17:38 (UTC +04:00)

Salyan Oil əməliyyət şirkəti rəhbər komitənin iclasını keçirib. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Görüşdə səhmdarlar ilin 1-ci yarısında işin yekunlarını, büdcənin xərclənməsinin səmərəliyini və ilin 2-ci yarısına dair planları nəzərdən keçirib.

Salyan Oil şirkətinin 2006-cı ilə olan büdcəsi təxminən $50 mln. təşkil edir. Əsas qazma podryatçısı Çinin Great Wall şirkətidir. Oktyabrda rəhbər komitənin daha bir iclası keçiriləcək ki, burada 2007-ci il büdcəsinin qəbul olunması gözlənilir.

Ehtimallara görə, 2006-cı ildə müqavilə sahəsində 8 quyu qazılıb. Onlardan 4-ü istismar, 2-si suvuran, 1-i kəşfiyyat və 1-i qiymətləndirici quyudur.

Xəbər lenti

Xəbər lenti