...

Bu ayın sonunda Naxçıvanda modul elektrik stansiyasının tikintisinə başlanacaq

Energetika Materials 10 İyul 2006 15:20 (UTC +04:00)

Bu ayın ortalarında Naxçıvan Muxtar Respublikasında modul elektrik stansiyasının tikintisilə bağlı bütün hazırlıq işləri buşa çatacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, "Azərenerji" SC-nin məlumatında bildirilir.

Bu ayın sonunda Naxçıvan MR-a Azərbaycanda modul elektrik stansiyalarının tikintisi üzrə baş podratçı olan Finlyandiyanın Wartsila şirkətinin mütəxəssisləri gələcək. Bundan sonra stansiyanın inşasına başlanacaq. Hazırda Naxçıvana avadanlıq çatdırılır. Naxçıvan blokadada olduğu üçün bu avadanlıq Türkiyə ərazisi vasitəsilə göndərilir.

Stansiyanın istismara verilməsi bu ilin sonunda gözlənilir.

Xəbər lenti

Xəbər lenti