...

ABƏŞ "Çıraq" yatağında neft hasilatını bərpa edib

Energetika Materials 18 İyul 2006 19:28 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında neft hasilatı bərpa olunub. Bu barədə Trend ə ABƏŞ-in operatoru olan BP Azerbaijan şirkətindən xəbər veriblər. Hazırda gündə 150 min barel neft çıxarılır. Əvvəllər bu rəqəm 140-145 min barelə bərabər idi.

Şirkətdən bildiriblər ki, platformada batareya sisteminin hissələrinin dəyişdirilməsi haqqında qərar qəbul olunmuşdur. "Bu işlər sonra həyata keçirilməli idi, lakin cümə günü platforma texniki səbəblər üzündən dayandırıldı və buna görə hissələri indi dəyişdirmək haqqında qərar qəbul olundu" - deyə şirkətdən bildiriblər.

Platformanın enerji təchizatı iyulun 14-də dayandırıldı, iyulun 15-də isə yenidən bərpa olundu. Hadisə "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarından neft hasilatı, boru kəmərlərilə neftin ixracı və Səngəçal terminalının işinə təsir göstərməyib.

Yanvar-iyun aylarında ABƏŞ "Çıraq" yatağında 3,703 mln. ton neft hasil edib (ötən il - 3,492 mln. ton). 2006-cı ilin iyununda bu göstərici "Çıraq"da 618,853 min ton təşkil edib (2006-cı ilin mayında - 642,29 min ton).

Xəbər lenti

Xəbər lenti