...

BP şirkəti "Qərbi Azəri"də quyunun qazılmasına başlayıb

Energetika Materials 19 İyul 2006 12:33 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" layihəsinin operatoru olan BP şirkəti "Azəri" yatağının qərb hissəsində yerləşən platformadan 2-ci quyunun qazılmasına başlayıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Bundan əvvəl qazılmış 5 ədəd öncəqazma quyusu ilə birlikdə bu quyu yatağın bu hissəsində 7-ci quyu olacaq. Quyunun dərinliyi təxminən 3 900 metr təşkil edəcək. Qazma işlərini 2006-cı il sentyabrın sonlarında başa çatdırmaq planlaşdırılır.

"Qərbi Azəri" platformasının işə salınması və "Mərkəzi Azəri"də qazma işlərinin başlanması ilə əlaqədar "AÇQ" yataqlarından hasilatın həcmi sutkada 458 min barel səviyyəsində gözlənilir.

2006-cı ilin yanvar - iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti müqavilə sahəsində 10,041 mln ton Azeri Light növlü neft hasil edib ki, bu da 2005-ci ilin həmin dövrü ilə müqayisədə 4,993 mln. ton çoxdur. Neft hasilatının artması ötən ilin fevralında "Azəri" yatağının mərkəzi hissəsindən, 2006-cı ildə isə yatağın qərb hissəsindən hasilatın başlanması ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti