...

"Bakqaz" Bakı qəsəbələri üzrə layihələrə başlayır

Energetika Materials 28 İyul 2006 15:53 (UTC +04:00)

Avqustdan "Bakqaz" Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə proqram çərçivəsində işlərə başlayır. Bu barədə, Trend agentliyinin yaydığı məlumata əsasən, "Bakqaz"ın rəhbəri Tahir Əliyev bildirib.

T.Əliyein bildirdiyinə görə, bu layihə çərçivəsində 119 qaz təsərrüfatı obyekti üzrə tədbir görmək nəzərdə tutulub. Hazırda tender sənədləri 75 layihə üzrə hazırlanıb.

Layihələrin 48-i dövlət büdcəsi hesabına, 71-i isə "Azəriqaz" SC hesabına həyata keçiriləcək. Bu məqsədlər üçün 27 mln. AZN lazımdır. Bu vəsaitlər dövlət büdcəsindən 20 mln. AZN həcmində və "Azəriqaz"ın öz vəsaitlərindən 7 mln. AZN həcmində ayrılacaq.

Xəbər lenti

Xəbər lenti