...

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Balakən və Zaqatala rayonlarında olub

Energetika Materials 29 Avqust 2006 11:34 (UTC +04:00)

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin bir qrup rəhbər işçisi Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası ilə tanışlıq çərçivəsində Azərbaycanın Balakən və Zaqatala rayonlarına səfər edib. Trend xəbər verir ki, bu barədə ARDNŞ-in mətbuat xidmətindən xəbər verilib.

Səfər zamanı Balakən rayonunun İtitala kəndində yeni məktəbin təməlqoyma mərasimi keçirilib. ARDNŞ nümayəndələri həmçinin yeni xəstəxana kompleksində, rayonun "Şəhidlər Xiyabanı" və Mazımçay kənd məktəbində işlərin gedişi ilə tanış olub.

ARDNŞ prezidenti Zaqatala rayonunda Dövlət Neft Şirkətinin vəsaitləri hesabına inşa edilən müalicə -diaqnostika mərkəzinin tikintisinin gedişatı ilə tanış olub. ARDNŞ prezidenti əhalisi əsasən ingiloylardan ibarət olan Əliabad kəndinin mədəniyyət evinin əsaslı təmir edilməsi haqqında göstəriş verib.

Xəbər lenti

Xəbər lenti