Sentyabrın 20-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $59,64 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,46 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend in xəbər verdiyi kimi, sentyabrın 20-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $60,50 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,46 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.
Sentyabrın 20-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $55,59 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,60 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.
Sentyabrın 20-də bir barel DTD neftinin qiyməti $58,93 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $3,62 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "Qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.