...

Oktyabr-noyabr aylarından Bakıda "Şahdəniz" yatağından qaz tədarükünə başlanacaq

Energetika Materials 6 Oktyabr 2006 16:37 (UTC +04:00)

Hazırda Bakıda təxminən 2,7 mln. kub metrədək qaz hasil edilir. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 6-da Bakı Baş Qaz İstehsalat Birliyinin rəhbəri Tahir Əliyev məlumat verib. Bu həcm əhalinin qaza olan tələbatını tam təmin edir", - deyə o qeyd edib.

Bu ilin qışında Bakıda rekord həcmdə, 13 mln kub metrədək qaz tədarük olunub. "Bakqaz"ın rəhbəri qeyd edib ki, 2006-2007-ci illərin payız-qış aylarında bu cür yüksək istehlak həcmlərinin müşahidə olunacağı vacib deyil. Bu il ərzində çoxlu sayda sayğac quraşdırılıb. Bu, yanacağa qənaət olunmasına və qaz istehlakının azalmasına gətirib çıxarır. Beləliklə, bu il abunəçilərin sayının 20 min artmasına baxmayaraq, qaz istehlakı qışdakı və ya daha aşağı səviyyədə qala bilər.

Bundan başqa, bu ilin oktyabr - noyabr aylarından Bakıda "Şahdəniz" yatağından qaz tədarükünə başlanacaq. Ancaq tədarükün həcmi hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti