...

Türkiyənin Ceyhan limanından Azərbaycanın yüngül nefti ilə yüklənmiş 30-dan çox tanker göndərilib

Energetika Materials 7 Oktyabr 2006 15:01 (UTC +04:00)

Oktyabrın 1-i üçün Türkiyənin Ceyhan limanından BTC boru kəməri layihəsi üzrə tərəfdaşların Azərbaycanın yüngül nefti ilə yüklənmiş 32 tankeri göndərilib.

Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Sentyabrda BTC boru kəməri ilə 1 mln. 146 min ton neft ixrac olunub. 2006-cı ilin yanvar-sentyabr aylarnında isə kəmərlə ixrac olunmuş neftin həcmi 3 mln. 519,9 min ton təşkil edib.

"Azəri"-"Çıraq"-"Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2006-cı ilin yanvar-sentyabr aylarında müxtəlif istiqamətlərdə 14,603 mln. ton Azeri Light növlü neft ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,603 mln ton çoxdur.

Xəbər lenti

Xəbər lenti