"Azəri"- "Çıraq"- "Günəşli" layihəsinin operatoru - BP şirkəti "Azəri" yatağının qərb hissəsindəki platformadan üçüncü istismar quyusunun qazıntısına başlayıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Əvvəllər qazılmış beş önləyici quyu ilə birgə həmin quyu yatağın bu hissəsində səkkizinci quyu olacaq.
Quyunun dərinliyi təxminən 4000 metr təşkil edəcək. Quyunun bu ilin dekabr ayında tamamlanacağı planlaşdırılır.
Bu il "Qərbi Azəri" platformasının işə salınması və "Mərkəzi Azəri"də qazıntının başlanması ilə "AÇG" yatağında hasilatın həcminin sutkada 458 min barel səviyyəsində olacağı ehtimal olunur.