...

"Azərkimya" DŞ məhsul istehsalını 25% artırıb

Energetika Materials 12 Oktyabr 2006 18:04 (UTC +04:00)

Trend-i buradan izləyin

2006-cı ilin yanvar-sentyabr aylarında "Azərkimya" Dövlət Şirkəti (DŞ) 614,6 min manatlıq məhsul istehsal edib. Şirkətdən Trend ə verilən məlumata görə, həmin dövr ərzində DŞ müəssisələrində istehsal göstəriciləri 2005-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 25,5% artıb. İstehsal üzrə proqnoza 46,1% çox əməl olunub. .

2006-cı ilin yanvar-sentyabr aylarında "Azərkimya" yüksək təzyiqli polietilen istehsalını 31,7%, butadien - 19,6%, butilen-izobutilen fraksiyaları - 23,3%, propilen oksidi - 51,2%, poligfir qətranı - 94,7%, maye kaustik sodası - 33,5%, izopropil spirt istehsalını isə 14,3% artırıb.

Dövlət qurumundan bildiriblər ki, bu müddət ərzində məhsulun böyük bir hissəsi Türkiyə, Rusiya, Gürcüstan, Latviya, İtaliya, İspaniya, Belçika, Türkmənistan, Özbəkistan, Ukrayna, İran və İraqa ixrac olunub.

Xəbər lenti

Xəbər lenti