...

Sənaye və Energetika Nazirliyində DB-nin "Azərbaycanın karbohidrogenlər bazarında iştirak imkanları" layihəsinin təqdimatı keçirildi

Energetika Materials 3 Noyabr 2006 20:17 (UTC +04:00)

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional idarəsinin infrastruktur departamentinin baş iqtisadçı - energetiki Byern Xamso və DB-nin Azərbaycan üzrə meneceri Qreqori Yeceyçakı qəbul edib.

Dünya bankının nümayəndələri Azərbaycanın elektrik enerjisi və qaz təsərrüfatlarında aparılae islahatlar, enerji təminatı sahəsində yenidənqurulma işləri, elektrik və qaz sayğaclarının quraşdırılması, enerji daşıyıcılarının qiymətinin dünya qiymətlərinə uyğunlaşdırılmasından məmnun qaldığını bildirib. Həmçinin qeyd olunub ki, DB bundan sonra da lazımi islahatların reallaşdırılmasında fəal iştirak etməyə hazırdır.

Sonra B.Xamso görüş iştirakçılarına "Azərbaycanın karbohidrogenlər bazarında iştirak imkanları" layihəsini təqdim edib. Görüşdə həmçinin digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti