...

Azərbaycanın paylayıcı şəbəkələrində yeni nəsil fərdi sayğacların quraşdırılmasının geniş miqyaslı proqramı həyata keçirilir

Energetika Materials 15 Noyabr 2006 13:17 (UTC +04:00)

2006-cı ilin yayından etibarən "Azərenerji" SC-nin idarə etdiyi paylayıcı şəbəkələrdə yeni nəsil fərdi sayğacların quraşdırılmasının geniş miqyaslı proqramı həyata keçirilir. Bu barədə Trend "Azərenerji"nin mətbuat xidmətinə istinadən xəbər verir. Belə ki, rayonlar üzrə əvvəllər 10-15% arasında dəyişən orta göstərici 30-35%-ə qədər artıb, Şəmkir regional enerji təchizatı idarəsindən isə bu göstərici rekord həddə - 90%-ə çatdırılıb.

"Azərenerji" SC-nin başçısı Etibar Pirverdiyev bildirib ki, şirkət öncədən ödənilmə sisteminə əsaslanmış daha müasir texnologiya tətbiq etmək niyyətindədir. Artıq balans kartlarla işləyən sayğacların ilk partiyası alınıb.

Pilot layihənin Gəncədə həyata keçirilməsi qərara alınıb. Burada abunəçi ona əlverişli olan məbləğdə kartı ödəyərək, ekvivalent həcmdə elektrik enerjisindən istifadə edə bilər. E.Pirverdiyevin fikrincə, bu, məcburiyyət qarşısında istehlakçını intizamlı edir. "Azərenerji" həmçinin hazırda heç bir ciddi cərimə sanksiyası nəzərdə tutmayan elektrik enerjisindən istifadə qaydalarının baxılması üzrə təklifləri Nazirlər Kabinetinə göndərib. Bu isə qanun pozucularının, demək olar ki, cəzasız qalmasına və ən pis halda çox cüzi məbləğ ödəməsinə imkan verir.

E.Pirverdiyev həmçinin qeyd edib ki, ilin sonunadək hər yerdə sayğacların quraşdırılması və paylayıcı infrastrukturun müasirləşdirilməsi prosesi başa çatacaq.

Xəbər lenti

Xəbər lenti