Hazırda elektrik enerji qalığının Gürcüstandan Azərbaycana və Türkiyəyə ixrac olunması ilə bağlı danışıqlar aparılır. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən cəmiyyətin vitse-prezidenti Marlen Əsgərova istinadən bildirilib.
İrlandiyanın ESBİ şirkətinin idarə etdiyi "Gürcüstan dövlət elektrik sistemi" şirkətinin məlumatına görə, Gürcüstan tərəfi elektrik enerjisinin verilməsinə başlamağa hazırdır və Azərbaycanla Türkiyədən elektrik enerjisinin qəbuluna texniki hazırlıqla bağlı cavab gözləyir. Gürcüstan Azərbaycan və Türkiyəyə sutkada 1,5 mln. kVt elektrik enerjisi ixrac etmək niyyətindədir.
"Gürcüstanın Azərbaycana 13 mln. mln. kVt elektrik enerji borcu var", - deyə SC-nin baş mühəndisi Saleh Məmmədov qeyd edib. Yaxın vaxtlarda qarşılıqlı hesablaşmanın başa çatacağı gözlənilir.